“Daimler” və “BMW” özlərinin karşerinq xidmətlərini “Uber” əleyhinə birləşdirəcək

12:05 - 26.02.2019


26 fevral, Fineko/abc.az. Almaniyanın “Daimler” və “BMW” avtomobil istehsalçıları, “Uber” və digər nəqliyyat “startap”lar  ilə rəqabət aparmaq üçün birgə müəssisə yaradacaqlar.

“Daimler” və “BMW” bu layihəyə bir milyard avrodan çox sərmayə qoyacaq. Bu şirkətlərin hər birinin birgə müəssisədə 50% payı olacaq. "

“BMW” və “Daimler” artıq özüidarə olunan avtomobillərin hazırlanmasında əməkdaşlıq edirlər. İndi “Daimler”, ona məxsus olan Car2Go karşerinq markasını “BMW”-yə məxsus olan DriveNow, ParkNow və ChargeNow xidmətləri ilə birləşdirəcək. Nəticədə, yeni şirkət beş növ xidmət təqdim edəcək. bunlar, Share Now karşerinq, sürücü çağırılması üzrə xidmət - Free Now, Charge Now elektrikli avtomobilin yüklənməsi xidməti, Park Now park axtarış xidməti və Reach Now marşrut salınması xidməti.

 

Вся лента