Azərbaycanın vergi və gömrük orqanları yanğına məruz qalmış “Diqlas” ticarət mərkəzinin sahibkarlarına dəymiş zərərin həcmini müəyyən edəcəklər

13:01 - 29.03.2019


29 mart, Fineko/abc.az. Qarşıdakı həftədən etibarən “Diqlas” TM-də baş vermiş yanğından zərər çəkmiş sahibkarlara  kompensasiyalar veriləcək.

Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, kompensasiya verilməsi üçün vəsait Prezidentin ehtiyat fondundan ayrılmışdır.

“Sahibkarlara dəymiş zərərin həcmi vergi və gömrük orqanlarının köməyi ilə dəqiqləşdiriləcək”, - deyə nazir bildirib.

Nazir həmçinin bildirib ki, sahibkarlara illik 1% ilə kredit verilə bilər.

 

Вся лента