Maliyyə Nazirliyi İqtisadiyyat Nazirliyinə “Diqlas” TM-də baş vermiş yanğından zərər çəkmiş sahibkarlara təzminat ödənilməsi üçün 3 milyon manat

17:22 - 29.03.2019


29 mart, Fineko/abc.az. Azərbaycan Maliyyə Nazirliyi, dövlət başçısının “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara təzminat verilməsi haqqında sərəncamında göstərilən məbləği maliyyələşdirmişdir.

Maliyyə Nazirliyindən xəbər verildi ki, sərəncamın icra edilməsi çərçivəsində Maliyyə Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyinə 3 milyon manatın ayrılması təmin edilib.

 

Вся лента