330x110
 

“ASAN Finans” layihəsinin əhatə dairəsi genişlənir

05.04.2019,14:32


5 aprel, Fineko/abc.az. “ASAN Finans” layihəsi banklar, sığorta şirkətləri və digər kommersiya təşkilatları tərəfindən tələb olunan sənədlərin ən qısa zamanda və rəqəmsal formada vətəndaşın şəxsi razılığı ilə əldə olunmasını təmin edir.

Sistem maliyyə təşkilatlarına dövlət informasiya sistemlərinə çıxış hüququ yaratmaqla onlara vətəndaşlara dair məlumatların real vaxt rejimində əldə edilməsi, məlumatların rəqəmsal sistemdə olmasına, onların təhlili və qərarvermə prosesində analizlərin sürətli aparılmasına, operator, əməliyyat və digər xərclərə, həmçinin fiziki resurslara qənaətə imkan yaradılması, rəqəmsal bankçılığın inkişafının sürətləndirilməsi kimi üstünlüklər qazandırır.

Hazırda “ASAN Finans” 34 qurumu əhatə edir. Bunlardan 12 qurum – “Expressbank” ASC, “Kapital Bank” ASC, “Paşa Bank” ASC, “Premium Bank” ASC, “AGBank” ASC, Azərbaycan Beynəlxalq Bankı ASC, “Bank Avrasiya” ASC, “Bank Respublika” ASC, “Unibank”, Azərbaycan Mikro Kredit, “İDEAL Kredit”, “Paysis” MMC real rejimdə fəaliyyətə keçib. Həmçinin 22 qurumla müqavilə imzalanıb, daha 12–si ilə işlər davam etdirilir.

 

Ключевые слова: ASAN Finans