PAŞA Bank və Türk Hava Yolları səyahətçilər üçün müştərək məhsul təqdim etdilər

17:38 - 2.05.2019


2 may, Fineko/abc.az. Azərbaycanın “PAŞA Bank”ı və Türkiyənin  “Turkish Airlines” şirkəti bu gün müqavilə imzalayaraq eksklüziv əməkdaşlıq üçün təməl qoydular.

PAŞA Bankın İdarə Heyətinin üzvü Cəlal Orucovun sözlərinə görə, bank ilə aviaşirkətin birgə buraxdığı Miles&Smiles kartları ilk növbədə nağdsız hesablaşmanın inkişafı və elektron xidmətlərin genişləndirilməsi, eləcə də tez-tez səyahət edənlərə xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üçün nəzərdə tutulub.

“İstəyənlər, yəni yalnız hüquqi şəxslər deyil və yalnız PAŞA Bank müştəriləri deyil, hər kəs, bankın bütün filiallarında xüsusi portal vasitəsilə kartları əldə edə biləcəklər. Müştərilərə iki kart təqdim ediləcək. Bu, qiyməti  250 manat təşkil edən “black” kart və 600 manatlıq “Elite” kartdır”, - deyə C.Orucov bildirib.

Onun sözlərinə görə, hər əməliyyat zamanı toplanmış aviamillər hesabına müştərilər 308 istiqamət üzrə bilet ala və “Turkish Airlines” şirkətinin uçuşlar təşkil etdiyi dünyanın 124 şəhərinə səfər edə bilərlər. Həmçinin müştərilər milləri nağd pula çevirə və tərəfdaş şəbəkələrdə ekstramillər əldə edə bilərlər. Kartlar millər əldə etmək imkanı təqdim edir: 320 avro dəyərində geyim alarakən, 640 mil əldə etmək olar. Supermarketdə 200 manatlıq mallar alarkən  40 mil, 300 manatlıq sığorta xidmətlərinin ödənişi 150 mil, 100 manatlıq yeyinti məhsulları alarkən isə 200 mill qazanmaq olar.

“İlin sonuna qədər biz müştərilərə 10 minə yaxın belə kartlar təqdim etməyi planlaşdırırıq”, - deyə C.Orucov əlavə edib.

 

Вся лента