ESET: Azərbaycanda 15 yaşdan kiçik uşaqların təxminən 92%-i İnternetdən istifadə edir

17:39 - 17.05.2019


17 may, Fineko/abc.az. BMT-nin Uşaq Fondunun (UNICEF) məlumatına əsasən, hər gün 175 mindən artıq uşaq ilk dəfə şəbəkəyə çıxır. Artıq hər üçüncü internet istifadəçisi uşaqdır.

ESET antivirus şirkətinin ekspertlərinin fikrincə, rəqəmsal fəzaya cəlb edilən gənclərin sayının artması tendensiyası da Azərbaycanda da izlənilir- hazırda 15 yaşdan kiçik olan uşaqların təxminən 92%-i internetdən istifadə edir.

İlk baxışda şəbəkədə olmaq fayda gətirir: uşaq bilik əldə edir, xəbərləri öyrənir, həmyaşıdları ilə ünsiyyət qurur, dostluq edir, özünü ifadə edir, istedadlarını nümayiş etdirir (bloq tutur, mahnı və rəqslər qoyur).

Bununla belə, İnternetin nəzarətsiz istifadəsi tez-tez narahatlıq doğurur - məsələn, arzuolunmaz kontent, təcavüz və ya təqibə məruz qalma qurbanı olma təhlükəsi var. Uşaqlarınızı online təhdidlərdən necə qorumalısınız? Bu barədə ESET antivirus şirkətinin tövsiyələrində söz açılır.

Əvvəla, sadəcə məlumat axtarışı, qəddar və ya pornoqrafik məzmunlu saytlara gətirib çıxara bilər. Bu cür təsvirlər və videolar psixikaya mənfi təsir göstərir - tez-tez ekranda baş verənlər norma kimi qəbul olunur və uşaq qəddarlağa qarşı həssaslığı itirir.

Yeni biliklər əldə etmək və ya yaşıdları təqlid etmək istəyən uşaqlar radikal ideyalar və çağırışların (terrorizm məzmunlu çağırışlar daxil olmaqla) və ya destruktiv "əyləncələr" müzakirələr  aparılan qrupların üzvü ola bilərlər.

Böyümə prosesində uşaqlar öz ailə üzvlərindən, bəzən — məşhur aktyorlardan və musiqiçilərdən nümunə götürürlər. Ancaq son illərdə uşaqların qəhrəmanları,  həmişə münasib kontent təklif etməyən video blogerlər olub. Tez-tez videolarda söyüşlər, bukmeker qurumlarının reklamı və ya təhlükəli hərəkətləri göstərirlər.

Valideynlərin anlaya bilmədiyi gizli təhlükələrdən başqa, aşkar təhlükələr də var — uşaqlar əhəmiyyətli şeyləri unudub sosial şəbəkələr və ya onlayn-oyunlarla internetdə həddən artıq çox vaxt keçirirlər. Məsələn, uşaqlar ev tapşırıqlarına və ya idmana diqqət ayırmırlar.

İnternet məkanında baş verən daha bir təhlükə anonimlikdir ki, bu da naməlum insanlara özlərini başqa şəkildə göstərməyə imkan verir. Uşaqların sadəlövhlüyündən istifadə edərək, təcavüzkarlar onlarla dostluq etməyə və etibar qazanmağa çalışırlar. Onların zəif psixikasına təsir edərək, onları şantaj etməyə və ya manipulyasiya etməyə başlayırlar - məsələn, şəkillər göndərməyi və ya şəxsi məlumatları danışmağı xahiş edirlər.

İnternet üzərindən təcavüz həmişə uşağınızın emosional vəziyyətinə ciddi təhlükə yarada bilər, və bu, həmişə yalnız təhqir və ya istehza ilə bitmir - bəzən təcavüzkarlar şəxsi məlumatları oğurlayırlar. Məsələn, uşağınız zərərli bir keçid vasitəsilə sistemə zərər verə bilər.

Mütəxəssislər uzun müddət məxfilik pozuntuları səbəbindən həyəcan səsləndirirlər - uşaqların əksəriyyəti məlumatları könüllü şəkildə verir və ya məlumatlar xakerlərin hücumu nəticəsində itirilir. Amma bəzən servislər özləri istifadəçi haqqında vacib məlumatları dərc edir (məsələn, onun yerini).

Nümunə kimi qeyd edək ki, ABŞ-da qısa videolar üzrə populyar xidmət 5,7 milyon dollar cərimə olunmuşdur. Bunun səbəbi uşaqların məxfiliyinin qorunması haqqında qanun pozuntusudur: qeydiyyat üçün poçt, telefon və digər şəxsi məlumatları göstərmək lazımdır. Eyni zamanda, profillər və videolar - uşaq və yeniyetmələrin profilləri də daxil olmaqla, ictimaiyyətə açıq idi.

Uşaqları yuxarıda göstərilən təhdidlərdən qorumaq arzusu bəzən sosial şəbəkələrin istifadəsinə tam qadağaya gətirib çıxarır, amma bunu etməyi məsləhət görmürük - uşaq artıq sizə güvənə bilməz. Ancaq bir sıra tədbirlər görməyə dəyər.

İnternetdə təhlükəsizlik qaydalarını müzakirə edin: sosial şəbəkələrdə gizlilik parametrləri, kompleks parol birləşmələrinin istifadəsi haqqında məlumat verin;

Şübhəli faylların açılması və linklərə keçid təhlükəsi barədə xəbərdarlıq edin. Bu, sistemin pozulmasına və məlumatların əldə edilməsinə səbəb ola bilər;

Onlara izah edin ki, naməlum insanlara məlumatları vermək olmaz (ünvan, telefon nömrəsi, məktəb nömrəsini vermək və ya şəkil göndərmək);

Uşağınız təhdid və ya üz-üzə qarşılaşmalar təklifi alması halında diqqətli olun. Xüsusilə şübhəli hallarda (məlumat oğurluğu, yazışmanın dərc edilməsi, şantaj), hüquq-mühafizə orqanlarına müraciət edin;

Sosial şəbəkələrdə keçiriləcək vaxtın müddətini razılaşdırın - bu dərslərə diqqət yetirməyə kömək edəcək, eyni zamanda uşağınıza onlayn dincəlmək imkanını verəcəkdir (musiqi dinləmək, film izləmək və ya həmyaşıdları ilə söhbət etmək).

Uşaqların onlayn qorunması üçün əlavə bir tədbir Valideyn nəzarəti funksiyası ilə antivirus quraşdırılması ola bilər.

Birincisi, uşağınızın harada olduğunu hər zaman biləcəksiniz - parametrlər yeri müəyyən etməyə imkan verir. İkincisi, təhlükəsiz axtarış və nəzarət saytları və tətbiqləri parametrləri sayəsində uşaqlar yalnız münasib kontent görəcəklər. Bundan əlavə, video oyunlar da daxil olmaqla, tətbiqlərin istifadəsinə həddi təyin edə bilərsiniz.

Müasir texnologiyalar ailənin inamlı atmosferi ilə bir araya gəlməsi valideynlərin sinirlərini qoruyacaq və uşağın məktəb, ev təsərrüfatlarının vəzifələri və əyləncə arasında tarazlığı müşahidə etməyə öyrədəcək.

 

Вся лента