Neftin qiymətlərinin cümə axşamı günü kəskin düşməsi cümə günü də davam edir

10:02 - 31.05.2019


31 may, Fineko/abc.az. Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,39 ABŞ dolları və yaxud 1,95% azalıb. İndi “Azeri Light”ın bir barelinin qiyməti 69,75 dollar təşkil edir.

Neftin etalon markalarının qiyməti ötən gün 3,7% kəskin düşəndən sonra cümə günü də azalmağa davam edir.

Nyu-York Əmtəə Birjasında (NYMEX) mayın 30-da keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin iyul fyuçersi 2,22 dollar (3,77%) kəskin enərək bir barelə $56,59 təşkil etmişdir. 

 “WTI” markalı neftin iyul fyuçersi cümə günü saat 09:20-də 0,60 dollar (1,06%) enərək 55,99 dollar / barelə təşkil etmişdir.

Cümə axşamı günü Londonun “ICE Futures” birjasında “Brent”in iyul fyuçersi  2,58 dollar (3,71%) düşərək bir barelə 66,87 dollar təşkil etmişdir.

“Brent” markalı neftin iyul ayına olan fyuçers qiymətləri cümə günü saat 09:20-də 0,88 dollar (1,32%) azalaraq bir barelə 65,99 dollar təşkil etmişdir.

 

Вся лента