Ramin Quluzadə: Azərbaycanda İnnovativ sahibkarlıq sürətlə inkişaf edir

14:59 - 3.06.2019


3 iyun, Fineko/abc.az. “İnnovasiya Festivalı” çərçivəsində  3 iyun tarixində “Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu  (“MAİNTECH – 2019”) keçirilib.

Tədbirdə çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, “Azərbaycanda yüksək texnologiyalar və sənaye parkları yaradılıb. Bu parkların rezidentləri üçün güzəştlər tətbiq edilib. İnnovasiya subyektlərinin maliyyə resurslarına çıxışını təmin etmək üçün fondlar fəaliyyət göstərir. Bu fondlar vasitəsilə innovativ layihələrə qrantlar, güzəştli kreditlər verilir. İnnovativ sahibkarlıq sürətlə inkişaf edir”.

Bu sahədə müəyyən nailiyyətlərin olduğunu deyən nazir qeyd edib ki, Azərbaycanın İT şirkətləri öz məhsulları ilə xarici bazarlara çıxırlar.

“Mingəçevir Yüksək Texnologiyalar Parkının rezidenti “HTech Invest” şirkəti “Acer” kompüterlərinin istehsalını təşkil edib. Həmçinin bir çox startaplar öz layihələri  ilə qlobal bazarlara çıxmaq üçün addımlar atırlar”.- deyə nazir bildirib.

Вся лента