VTB (Azərbaycan) bankomat şəbəkəsini genişləndirir

16:15 - 12.06.2019


12 iyun, Fineko/abc.az. Bank VTB (Azərbaycan) xidmət şəbəkəsini genişləndirərək Bakı şəhərində yeni bankomatlar quraşdırıb. ATM-lərşəhər əhalisinin sıx məskunlaşdığı hissələrində yerləşdirilib:

  • Azadlıq pr. 49 (Neft və Sənaye Universiteti yaxınlığında);
  • Ü.Hacıbəyovküç., 6,8 (Xəqani parkı yaxınlığında).

Bundanbaşqa, bankVTB (Azərbaycan)“Əcəmi” və “Neftçilər” filiallarında, eləcə də Müştəri xidmətləri mərkəzində nağd pul vəsaitinin qəbulu üçün Cash-in funksiyalı bankomatlar quraşdırıb.

Bununla da VTB (Azərbaycan) bankomatlarının ümumi sayı 19-a çatıb.Bütünbankomatlarşəhərinhərəkətli ərazilərində, eləcə də  ticarət-əyləncə mərkəzlərində yerləşdirilib. Həmçinin bank VTB (Azərbaycan) kart sahibləri tərəfdaş bankomat şəbəkəsindən də istifadə edə billər. Belə ki, müştərilər NIKOIL | Bank, Bank of Baku vəAzerTurkBank kimi bankların ATM xidmətlərindənəlavə komissiyasız yararlana bilər.

Вся лента