15:36 - 19.06.2019
19 iyun, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsi uzun müddət fəaliyyətsiz qalan və ya tam gücü ilə fəaliyyət göstərməyən ağır sənaye müəssisələrində istehsalın genişləndirilməsi üzrə işlərini davam etdirir.
Belə ki, komitə tərəfindən “Bakı neft maşınqayırma zavodu” ASC-nin səhmlərinin satışı üzrə elan edilmiş müsabiqənin qalibi artıq məlumdur.
Qalib investor, müsabiqə şərtlərinə uyğun olaraq, dövlət büdcəsinə 4,7 milyon manat məbləğin köçürülməsini və ümumi həcmi 10,2 milyon manat təşkil edən İnvestisiya Proqramının icrasını öhdəsinə götürüb.
Bununla yanaşı, müəssisənin 1,9 milyon manat məbləğində DSMF-yə olan borclarının, 115 min manata yaxın əmək haqqı və digər sosial-iqtisadi öhdəliklərin yerinə yetirilməsini üzərinə götürmüşdür.
İnvestor tərəfindən müəssisəyə bir il ərzində yuxarıda qeyd olunan məbləğdə investisiyaların yatırılması nəticəsində 165 yeni iş yerinin yaradılması, işçilərin sosial təminatının gücləndirilməsi planlaşdırılır.
29 Март 2024
29 Март 2024
29 Март 2024
29 Март 2024
29 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024