Neftin qiymətləri enir

10:02 - 25.06.2019


25 iyun, Fineko/abc.az. Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,25 (1,9%) düşüb. Beləliklə, neftin bir barelinin qiyməti 65,51 dollar təşkil edib.

Bazar ertəsi günü, Londonun “ICE Futures” birjasında “Brent”in avqust fyuçersi  0,34 dollar (0,52%) artaraq bir barelə 64,86 dollar təşkil etmişdir.

Çərşənbə axşamı günü saat 9:20-də Brent 0,54 dollar (0,83%) ucuzlaşaraq 64,32 dollar /barel təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) iyunun 24-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin avqust fyuçersi 0,47 dollar (0,82%) artaraq bir barelə $57,90 təşkil etmişdir. 

 “WTI” markalı neftin qiyməti çərşənbə axşamı günü saat 9:20-də 0,56 dollar (0,97%) düşərək 57,34 dollar / barelə təşkil etmişdir.

 

Вся лента