Neftin qiyməti yüksəlişdən sonra azalır, Azeri Light nefti ucuzlaşıb

10:09 - 2.07.2019


2 iyul, Fineko/abc.az. Azərbaycanın dünya bazarında satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,92 (1,36%) azalıb. Beləliklə, neftin bir barelinin qiyməti 66,75 dollar təşkil edib.

Neftin qiymətləri, ötən günkü yüksəlişdən sonra, OPEC ölkələrinin, hasilatın azaldılması üzrə əməliyyatın daha doqquz ay uzadılmasının təsdiqlənməsi haqqında qərarı hesabına, çərşənbə axşamı günü aşağı düşür.

Bazar ertəsi günü, Londonun “ICE Futures” birjasında “Brent”in sentyabr fyuçersi 0,32 dollar (0,49%) artaraq bir barelə 65,06 dollar təşkil etmişdir.

Çərşənbə axşamı günü Brent neftinin sentyabr fyuçersi saat 9:10-da 0,02 dollar (0,03%) ucuzlaşaraq 65,04 dollar /barel təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) iyulun 1-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin avqust fyuçersi 0,62 dollar (1,06%) artaraq bir barelə $59,09 təşkil etmişdir. 

 “WTI” markalı neftin avqust fyuçersi çərşənbə axşamı günü saat 9:10-da 0,10 dollar (0,17%) ucuzlaşaraq 58,99 dollar / barelə təşkil etmişdir.

 

Вся лента