AtaBank əmanət şərtlərini yenilədi

12:47 - 3.07.2019


3 iyul, Fineko/abc.az. “AtaBank” ASC əmanət şərtlərində və faizlərində bir sıra dəyişikliklər tətbiq etdi. Beləliklə, müştərilər həm sığortalı şərtlərlə, həm də əlverişli faiz dərəcələri ilə əmanət yerləşdirə biləcəklər.

Bundan əlavə, AtaBank-ın yenilənmiş əmanət məhsulları depozit seyflərinə 50% endirim, Visa Signature kredit kartı, pulsuz AtaNet bankçılıq xidməti kimi imkanlar və güzəştlər də verir.

Qeyd olunanlarla yanaşı, bankın Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov bildirdi ki, əmanətlər üzrə dəyişikliklər müştəri bazarının seqmentasiyasına əsasən aparılıb. Bununla da hər müştəriyə uyğun məbləği, müddəti və faiz dərəcələrini əks etdirən yeni əmanət şərtləri tətbiq etmişik.

Bankın əmanət növləri ilə daha ətraflı tanış olmaq istəyən şəxslər 136 qaynar xəttinə zəng vura və ya bankın internet səhifəsini ziyarət edə bilərlər - https://atabank.com/az/

25 ildən artıq fəaliyyət göstərən “AtaBank” ASC müasir və universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Вся лента