HSŞ hеsаbatının hazırlanması üçün audit şirkəti seçilib

17:25 - 12.07.2019


12 iyul, Fineko/abc.az. Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda vətəndaş cəmiyyətinin, ölkədə fəaliyyət göstərən yerli və xarici hasilat şirkətlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın növbəti iclası keçirilib.

İclasda, 2018-2019-cu illəri əhatə edən ümumiləşdirilmiş HSŞ hеsаbatının hazırlanması məqsədilə HSŞ üzrə Komissiyanın Xidmət Təklifləri Sorğusu yolu ilə elan etdiyi satınalma müsabiqəsində iştirak edən müstəqil və ixtisaslaşmış auditor təşkilatlarının texniki və ixtisas göstəriciləri ilə bağlı İşçi Qrup tərəfindən hazırlanan Rəy Komissiya üzvlərinə təqdim edilib.

İşçi Qrupun Rəyi də nəzərə alınmaqla 2018-2019-cu illər üzrə ümumiləşdirilmiş HSŞ hеsаbatının hazırlanması məqsədilə “Grant Thornton” şirkəti  qalib elan edilmişdir.

Qeyd edilir ki, müsabiqədə “Grant Thornton” (I yer), “Baker Tilly” (II yer), “BDO Azərbaycan” (III yer), “Nexia-EA MMC” və “Abak-Az Crovve Ltd” audit şirkətləri iştirak edib.

 

Вся лента