Neftin qiymətləri praktiki olaraq, sabitdir, “Azeri Light” bir barelə 68,75 dollara qədər bahalaşıb

10:11 - 16.07.2019


16 iyul, Fineko/abc.az. Azərbaycanın “Azeri LT CIF” markalı nefti 0,05 (0,07%) artıb və bir barelə 68,75 dollar təşkil edib.

Çərşənbə axşamı günü keçirilən ticarətdə neftin etalon markalının qiymətləri cüzi dəyişir.

Bazar ertəsi günü, Londonun “ICE Futures” birjasında “Brent”in sentyabr fyuçersi 0,24 dollar (0,36%) enərək bir barelə 66,48 dollar təşkil etmişdir.

Çərşənbə axşamı günü “Brent” neftinin sentyabr fyuçersi saat 9:25-də 0,08 dollar (0,12%) bahalaşaraq 66,56 dollar /barelə təşkil edib.

Nyu-York Əmtəə Birjasında (NYMEX) iyulun 15-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin avqust fyuçersi 0,63 dollar (1,05%) düşərək bir barelə $59,58 təşkil etmişdir. 

 “WTI” markalı neftin avqust fyuçersi çərşənbə axşamı günü saat 9:25-də 0,01 dollar (0,02%) artaraq 59,59 dollar / barelə təşkil etmişdir.

 

Вся лента