AtaBank 2019-cu ilin 1-ci yarısını xalis mənfəətlə işləyib

11:08 - 16.07.2019


16 iyul, Fineko/abc.az. “AtaBank” ASC 2019-cu ilin 1-ci yarısını 149 min manat xalis mənfəətlə başa vurub.

Bu barədə məlumat bankın rüblük maliyyə hesabatında qeyd olunub.

Hesabata əsasən 2019-cu ilin yanvar-iyun dövründə “AtaBank”ın cəmi gəlirləri 19 milyon 891 min manat, cəmi xərcləri isə 22 milyon 141 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən 2 milyon 250 min manat əməliyyat zərəri yaranıb. Lakin aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış ehtiyatın 2 milyon 399 min manatı azad olduğundan həm əməliyyat zərəri bağlanıb, həm də Bankın 149 min manat xalis mənfəəti qalıb.

Qeyd edək ki, ehtiyat, ehtimal olunan kredit və depozit itkiləri üçün əməliyyat mənfəətinin və ya kapitalın hesabına yaradılır. Əgər kredit və depozit itkiləri baş verməsə ehtiyat azad olur və yenidən gəlirə əlavə edilir. Müqayisə üçün qeyd edək ki, Bank 2018-ci ilin 1-ci yarısını təxminən 123 min manat xalis mənfəətlə bağlamışdı.

Вся лента