16:26 - 19.07.2019
19 iyul, Fineko/abc.az. 18 iyul 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Marketinq və PR üzrə” Ekspert Qrupunun növbəti iclası keçirilib.
ABA-dan verilən məlumata görə, iclasda ilk olaraq Qrupun yeni tərkibi təsdiq olunub.
Qrupun yeni sədri qismində “Bank Respublika” ASC-nin Marketinq Departamentinin direktoru Əli Daşdəmirovun namizdəliyi irəli sürülüb və qrupun üzvləri tərəfindən dəstəklənib.
Əli Daşdəmirov Azərbaycan Dillər Universitetini bitirib. Daha sonra, Avstriyanın Karl-Franzens-Universität Graz “Biznes Administrasiya” fakultəsində və Almaniyanın Universität Bayreuth universitetində “Media Development” fakultəsində təhsil alıb.
2012-ci ildən etibarən “Bank Respublika”nın Marketinq Departamentinin rəhbəri vəzifəsində çalışır.
Daha sonra Qrup üzvləri gələcək fəaliyyət istiqamətləri və keçirilməsi zəruri olan layihələri müzakirə ediblər. Bank məhsulları haqqında müştərilər arasında sorğuların keçirilməsinin zəruriliyindən də danışılıb. Zəruriliyi nəzərə alaraq, sorğunun keçirilməsinə Qrup üzvləri də öz dəstəyini bildirib və sorğunun keçirilməsi təsdiqlənib.
29 Март 2024
29 Март 2024
29 Март 2024
29 Март 2024
29 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024