Vergilər Nazirliyi tərəfindən vergi yığımı üzrə proqnoza 108,8% əməl olunub

16:59 - 6.08.2019


6 avqust, Fineko/abc.az. 2019-cu ilin yanvar-iyun aylarında vergi orqanlarının xətti ilə icmal büdcəyə 4 milyard 954 milyon manat vəsait daxil olub ki, bunun da 3 milyard 633 milyon manatı dövlət büdcəsinə ödənilmiş vergilər, 1 milyard 321 milyon  manatı isə DSMF-ə ödənilmiş sosial və işsizlikdən sığorta haqlarıdır.

Bu barədə Vergilər Nazirliyinin 2019-cu ilin yanvar-iyun ayları üçün açıqladığı hesabatda qeyd olunur.

Qeyd olunur ki, nazirlik tərəfindən vergi yığımı üzrə proqnoza 108,8 % əməl olunub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,4 % və ya 250 milyon manat çox vergi toplanıb. Vergi daxilolmalarının 70,0 %-i qeyri-neft-qaz sektorunun, 30,0 %-i neft-qaz sektorunun payına düşüb.

Cari ilin 6 ayında 2019-cu il üzrə illik vergi proqnozunun 49,7 %-i, o cümlədən qeyri-neft sektoru üzrə illik proqnozun 51,1 %-i icra olnub.

Вся лента