BakuBus tender keçirir

15:38 - 26.08.2019


26 avqust, Fineko/abc.az. “BakuBus” MMC-nin balansında olan nəqliyyat vasitələri üçün azqiymətli ehtiyat hissələri və mal-materialların satınalınması üzrə açıq tender elan edir.

 Elanda qeyd edilir ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 18.09.2019 11:00 tarixinə qədər, tender təklifi ilə bank təminatı sənədlərini isə 23.09.2019 11:00 tarixinə qədər  https://www.etender.gov.az/   portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 24.09.2019 11:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.

Bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılacaq.

 

Вся лента