AzerGold tender elan edir

11:44 - 9.09.2019


9 sentyabr, Fineko/abc.az. “AzerGold” QSC məlumatların rəqəmsallaşdırılmasının düzgünlüyünün yoxlanılması və ölkəyə aid faydalı qazıntı yataqlarının perspektivliyinin təhlili üzrə məsləhət xidmətlərinin satın alınması üzrə tender keçirir. Tender 1 Lot üzrə keçiriləcək, iştirak haqqı 200 manatdır.

Elanda qeyd olunur ki, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri 27.09.2019 15:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 04.10.2019 15:00 tarixinə qədər https://www.etender.gov.az/  portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 07.10.2019 15:00 tarixində açılacaq.

Bildirirlir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılacaq. E-şərtlər toplusunu 09.09.2019 11:00 tarixindən sonra əldə etmək olar.

 

Вся лента