Bank Respublika əmək haqqı kart sahiblərinə “Maaş+” kredit xətti məhsulunu təklif edir

14:59 - 12.09.2019


12 sentyabr, Fineko/abc.az.  Əmək haqqını vaxtından əvvəl xərcləyib bitiribsiniz? Maliyyə vəsaitinə ehtiyacınız var?

O zaman ölkənin aparıcı banklarından biri olan “Bank Respublika”nın, əmək haqqı kart sahiblərinə təklif etdiyi yeni “Maaş+” kredit məhsulundan yararlanın!

Belə ki, kredit xəttindən yararlandıqda, kartınızda əmək haqqınız bitən zaman Bank tərəfindən Sizə maaşınızın bir mislinədək 40 günlük faizsiz kredit xətti təqdim ediləcək.

 “Maaş+”  kredit xəttinin əsas üstünlükləri aşağıdakılardır:

  • İllik faiz dərəcəsi - 0%;
  • Müddət - 24 ay;
  • Məbləğ - əməkhaqqı məbləğinin bir mislinədək;
  • Komissiya - 1%;
  • Güzəşt müddəti – 40 gün. Beləliklə, istifadə edilmiş məbləğ növbəti ayın 10-dək ödənildiyi halda heç bir faiz hesablanmır;
  • Kredit xəttinin ödənilməsi əməkhaqqı kartına mədaxil zamanı avtomatik olaraq təmin olunur.

“Bank Respublika”nın təklif etdiyi yeni “Maaş+” kreditindən yararlanın, əmək haqqı kartınızda balansınız hər zaman MÜSBƏT + olsun .

Вся лента