Azsığorta ASC-nin rəhbərliyində dəyişiklik olub

12:00 - 26.09.2019


26 sentyabr, Fineko/abc.az.  Azsığorta ASC-də kadr dəyişikliyi baş verib. Belə ki,  şirkətin İdarə heyətinin sədri Anar Talıbovun Azsığorta ASC-nin Direktorlar Şurasının üzvü olması planlaşdırılır.

Bu barədə məlumat ABC.AZ saytına şirkətdən bildiriblər.

Məlumatda qeyd olunur ki, Anar Talıbov əmək fəaliyyətinə 2003-cü ildə Mbask ASC sığorta şirkətində Satış üzrə baş nümayəndə vəzifəsində başlayıb, bu vəzifədə 2006-cı ilə qədər çalışıb.

2006-cı ildən “SUCSSESFUL STRATEGIES” şirkətində İcraçı direktor, 2007-ci ildə “Beynəlxalq Sığorta Şirkəti” ASC-də Satış və Marketinq Departamentinin müdir müavini, 2010-cu ildə Azsığorta ASC-də Satış və Müştəri Xidmətləri Departamentinin müdiri, 2011-ci ildə Azsığorta ASC -də İdarə Heyəti sədrinin müavini vəzifəsində əmək fəaliyyətini davam etdirib.

2012-ci ildən etibarən Azsığorta ASC -nin İdarə Heyətinin sədri vəzifəsində işləyir.

Bu gündən etibarən İdarə heyətinin sədri səlahiyyətlərini Azsığorta şirkətinin İdarə heyətinin sədrinin müavini Yusif Soltanov icra edəcək.

Вся лента