Anar Həsənov: Bankımızda pul köçürmələrinin 70%-dən çoxu internet bankçılıq vasitəsilə həyata keçirilir

11:00 - 27.09.2019


27 sentyabr, Fineko/abc.az. Hazırda AccessBank-ın pul köçürmələri əməliyyatlarının 70%-dən çoxu müştərilərimiz tərəfindən internet bankçılıq vasitəsilə həyata keçirilir.

ABC.AZ xəbər verir ki, bunu AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov Almaniya-Azərbaycan biznes forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu əməliyyatlar kommunal və vergi ödənişlərdən tutmuş xaricə köçürmələrə qədər olan xidmətləri əhatə edir.

"Müşahidə etdiyimiz cari tendensiyalardan biri də fiziki şəxslər arasında mobil bankçılıq xidmətlərinə artan tələbdir. Ümumiyyətlə fiziki şəxslər mobil tətbiqetmə yolu ilə əməliyyat aparmağa üstünlük verirlər, hüquqi şəxslər isə veb versiyanı seçirlər", - deyə bank rəhbəri qeyd edib.

Sədrin sözlərinə görə, hazırda AccessBank-ın 70 mindən çox aktiv internet bankçılıq müştərisi var.

 

Müəllif: Elmir Murad

Вся лента