Beynəlxalq Maliyyə Korporasiyası və Bank Respublika müqavilə bağladılar

12:26 - 2.10.2019


2 oktyabr, Fineko/abc.az.  Dünya Bankı Qrupunun üzvü olan IFC (Beynəlxalq Maliyyə Korporasiyası) Azərbaycanın “Bank Respublika” ASC-si ilə müqavilə bağlayıb. Müqavilənin icrası nəticəsində bank öz valyuta risklərinin idarə edilməsini yaxşılaşdırmağa, eləcə də yerli sahibkarlara, xüsusilə də kiçik şirkətlərə, yerli valyutada maliyyə resurslarına çıxışı asanlaşdırmağa imkan qazanacaq. 

ABC.AZ xəbər veirir ki, müqaviləyə əsasən, IFC və Bank Respublika birjadankənar törəmə alətləri ilə əməliyyatlar üçün standart sənəd kimi tanınan Beynəlxalq Svop və Derivativlər Assosiasiyasının (ISDA-nın) Təməl Müqaviləsinin şərtlərinə uyğun olaraq valyuta svopu əməliyyatları həyata keçirəcəklər. Bu banka ABŞ dolları ilə denominasiya edilmiş vəsaitlərinin hedcinqini bununla da aktivlərin və öhdəliklərin daha yaxşı idarə edilməsini mümkün edəcək. 

“Mikro, kiçik və orta sahibkarlıq seqmentlərində Azərbaycan maliyyə bazarının liderlərindən biri olan, Bank Respublika öz müştərilərini dəstəkləyərək onları ölkə iqtisadiyyatının inkişafına töhfə verməsinə təşviq edir, -- “Bank Respublika” ASC-nin İdarə Heyətinin sədri Tariyel İsmayılov söylədi. – IFC ilə imzalanmış saziş bankımıza müştərilərimizi yerli valyutada sərfəli şərtlərlə maliyyələşdirilməsini genişləndirməyə imkan verəcəkdir.”

Valyuta svopu əməliyyatları həyata keçirərək, Bank Respublika müştəriləri üçün uzun-müddətli maliyyə resurslarına çıxışı yaxşılaşdıracaq, yerli müəssisələrə böyüməyə və iş yerləri açmağa kömək edəcək. 

“Biz Azərbaycana özəl bölmənin gücündən səmərəli istifadə etməyə yardım edirik və bunu davam etmək niyyətindəyik. Çoxdankı tərəfdaşımız olan Bank Respublika ilə hazırkı müqavilə həmin strategiyanın tərkib hissəsidir, – IFC-nin İqtisad və Özəl Bölmənin İnkişafı üzrə Vitse-prezidenti Hans Lankes qeyd etdi. – Bu strategiya eyni zamanda qeyri-neft sektorunun artımını təmin etmək üçün ölkənin iqtisadiyyatı şaxələndirməyə yönəlmiş səyləri ilə həmahəngdir.”

Azərbaycan 1995 ildən etibarən Beynəlxalq Maliyyə Korporasiyasının üzvüdür. Ötən dövr ərzində IFC Azərbaycanın maliyyə xidmətləri, infrastruktur və sənaye kimi bir sıra iqtisadi sahələrində icra edilmiş 56 layihəyə 473 milyon ABŞ dolları (o cümlədən digər kreditorlardan cəlb edilmiş 73 milyon dollar) məbləğində  yatırımlar edib. Bundan əlavə, IFC ticarətin maliyyələşdirilməsi proqramı vasitəsilə 100 milyon dollar civarında ticarət dövriyyəsini dəstəkləyib və Bakı – Tbilisi – Ceyhan boru kəmərinin inşa edilməsinə 250 milyon dollar ayırıb. IFC həmçinin özəl bölmənin inkişafını dəstəkləmək məqsədilə müxtəlif məsləhətçi xidmətləri layihələri icra edib. 

Вся лента