Bank Respublika “Uber”in Azərbaycandakı tərəfdaşı oldu

16:25 - 22.10.2019


22 oktyabr, Fineko/abc.az. Ölkəmizdə rəqəmsal bankçılıq sahəsində lider banklardan biri olan Bank Respublika və Uber əməkdaşlığa başlayıblar. Bu saziş Uberin ödəniş əməliyyatlarının daha rahat və etibarlı şəkildə həyata keçirilməsinə və xidmətin effektiv inkişaf etməsinə imkan verəcək.

Əməkdaşlıq sayəsində Uber istifadəçiləri taksi xidmətindən daha sərfəli qiymətlərlə istifadə edə biləcək , Uber-ə qoşulan sürücülər daha sərfəli maliyyə həlləri əldə edəcəklər.

“Biz, ölkəmizdə də çox məşhur olan qlobal bir brend olan Uber taksi xidməti ilə əməkdaşdığa başlamaqdan məmnunuq. “Bank Respublika”nın maliyyə həlləri nəticəsində həm istifadəçilər, həm də Uber xidmətinin sifarişlərini yerinə yetirən sürücülər qazanacaq " - deyə, bankın İdarə Heyətinin sədr müavini Aslan Abasov bildirib.

 

Вся лента