Prezident İlham Əliyev Sumqayıt boruyayma zavodunun yenidənqurmadan sonra açılışında iştirak etdi

16:40 - 15.12.2017


15 dekabr, Fineko/abc.az. Sumqayıtda “Baku Steel Company” şirkətinin boruyayma zavodu yenidənqurmadan sonra işə başladı.

Azərbaycan prezidenitinin mətbuat xidməti xəbər verir ki,  zavodun açılış mərasimində dövlət başçısı iştirak edib.

Yenidənqurmadan sonra zavodun istehsalat gücü 90 min tondan 200 min tona qədər artırılıb. Zavodda quraşdırılan avadanlıq, bu sahədə ən qabaqcıl şirkətlərdən alınıb.

Müəssisənin mərkəzi sınaq laboratoriyası ABŞ, Avropa, Çin və Tayvanda istehsal olunan müasir avadanlıqlarla təchiz edilib.

Azərbaycan istehsalı olan borular daxili bazarda satılmaqla yanaşı, xarici ölkələrə də ixrac ediləcək. Müəssisənin məhsullarının Almaniya, Hollandiya, Belçika, İtaliya, Avstriya, Türkiyə, Rusiya, Qazaxıstan, Litva və Ukraynaya ixracı nəzərdə tutulur.

Hazırda müəssisədə 531 nəfər işləyir, müəssisənin orta əmək haqqı isə 1500 manatdır.

 

Вся лента