Xeyli narazılığın olduğu “Standard İnsurance” şirkətinin yığımları azalıb - HESABAT

16:00 - 30.10.2019


30 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi oktyabrın 29-da Maliyyə Bazarlarına Nəzarət Palatası sığorta sektorunun yanvar-sentyabr ayları üçün maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ xəbər verir ki, bundan sonra Azərbaycanda fəaliyyət göstərən şirkətlərin son bir ildə yığımlar üzrə artım və azalması gündəmə gəlib.

Məlum olub ki, 22 sığorta şirkətindən 11-nin yığımları azalıb. Belə ki, son bir ildə bağlanma prosesində olan “AXA MBASK”-ın yığımları 14,7 dəfə, “Azərbaycan Sənaye Sığorta”-nın 36,5%, “Atəşgah Həyat” şirkətinin 30,9%,”Paşa Həyat”-ın 21,4%, “AzSığorta”-nın 17,9%, “Ata Sığorta”-nın 15,8%, “Qala Həyat” 15%, “Meqa Sığorta”-nın 14,2%, “Amrah Sığorta”-nın 5,5%, “Standard İnsurance” şirkətinin 5% və “Atəşgah”-ın isə 2,4% azalıb.

Müəllif: Elmir Murad

 

Вся лента