330x110
 

“Unibank” maliyyə nəticələrini açıqlayıb – İlin ilk 9 ayını

31.10.2019,16:45


31 oktyabr, Fineko/abc.az. “Unibank” KB ASC 2019-cu ilin ilk 9 ayının maliyyə nəticələrini açıqlayıb.

ABC.AZ xəbər verir ki, 30 sentyabr 2019-cu il tarixə bankın əldə etdiyi mənfəət 66,8 milyon manat təşkil edib. Bu ilin 9 ayının nəticələrinə görə, "Unibank"ın  cəmi əməliyyat gəlirləri 46 milyon manat olub.

İlin əvvəlindən bu yana bankın aktivlərinın həcmində 93 milyon manat və ya 13% artım qeydə alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 789 milyon manat təşkil edib. Artan təkcə aktivlər olmayıb. Belə ki, 9 ay ərzində məcmu kapitalın həcmi 30% artaraq 82, 3 milyon manata çatıb. Hesabat dövründə “Unibank”da əksər sahələr üzrə - kreditləşmə və qeyri-kredit məhsulları, rəqəmsal bankçılıq üzrə göstəricilərdə də artım qeydə alınıb. 2019-ci ilin 3-cü rübündə bankda yenə aktiv kreditləşmə müşahidə olunub. İlin ilk 9 ayının nəticələrinə görə, ümumi kredit portfeli 25 milyon manat, yəni 5%-dək artıb. Bununla da ümumi kredit portfeli 492,9 milyon manat olub. Bank tərəfindən real sektorun kreditləşdirilməsində də artım var. Artım həm kiçik, orta sahibkarlığın maliyyələşdirilməsi, həm də mikrokreditləşmə üzrə baş verib.

Müəllif: Elmir Murad