330x110
 

Unibank səhmdarlarından birinin payı artırılıb – Dəyişiklik

05.11.2019,17:15


5 noyabr, Fineko/abc.az.  Unibank səhmdarlarının nizamnamə kapitalındakı payında dəyişiklik edilib.

ABC.AZ banka istinadən xəbər verir ki, bununla bağlı “Unibank” Kommersiya Bankı” ASC-nin iri səhmdarları arasında bağlanan alqı-satqı əqdi nəticəsində Eldar Qəribovun Bankın Nizamnamə kapitalında iştirak payı artaraq 41,9091%-dən 77,3839 %-ə qaldırılıb.

E. Qəribov bankın Nizamnamə kapitalındakı iştirak payınının əvvəlki səviyyəsini bərpa etməklə,  onu bir az da artırıb. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) iştirak payi isə 9% təşkil edib. Həmin əqd  Bankın törəməsi olan “Unicapital” İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin vasitəçiliyi ilə bağlanıb və həcmi 16 392 273 ədəd adi adlı sənədsiz səsli səhmdən ibarət olmaqla,  Bankın bütün səhmlərinin Nizamnamə kapitalına olan faiz nisbətinin 35,4748 %-ni  təşkil edib.

Müəllif: Elmir Murad