AzerGold tender keçirir

12:08 - 7.11.2019


7 noyabr, Fineko/abc.az. “AzerGold” QSC Daşkəsən rayonunda yerləşən Çovdar Filiz Emalı Sahəsində (ÇFES) çalışan işçilərə ilkin tibbi yardım göstərilməsi xidmətinin satın alınması üzrə tender elan edir.

Tenderdə iştirak haqqı 200 manatdır.

Elanda qeyd olunur ki, tenderdə iştirak üçün sənədləri 28 noyabr 2019-cu il saat 15.00-a , tender təklifini isə 06 dekabr 2019-cu il saat 15.00-a qədər dövlət satınalmalarının vahid internet portalı https://www.etender.gov.az  vasitəsilə təqdim etməlidirlər.

Zərflərin açılışı 09 dekaabr 2019-cu il saat 15.00-da həyata keçiriləcək.

Həmçinin bildirilir ki, tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada dövlət satınalmalarının vahid internet portalı vasitəsilə aparılır.

Açıq tenderin elektron şərtlər toplusunu 06.11.2019 17:55 tarixindən sonra əldə etmək olar.

 

 

Вся лента