Bakı-Odessa-Bakı istiqamətinə uçuşlar dayandırlıb

16:33 - 22.11.2019


22 noyabr, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” QSC-nin Ukraynadakı nümayəndəliyinin məlumatına görə, qış aylarında Odessa istiqamətinə tələbat olmadığından Bakı-Odessa-Bakı reysi yay mövsümünə qədər dayandırılıb.

Qeyd olunur ki, 2020-ci ilin mayından Bakı-Odessa-Bakı reysi üzrə uçuşlar bərpa ediləcək. Bakı-Xarkov-Bakı istiqamətinə isə uçuşlar qış aylarında da davam etdiriləcək.

Xatirlqdaq ki, mayın 16-dan “Buta Airways” aşağıbüdcəli aviaşirkəti Bakıdan Odessaya birbaşa uçuşlara başlamışdı. Bu istiqamətə aviareyslər həftənin cümə axşamı və bazar günləri yerinə yetirilirdi. Bu istiqamətə minimal tarif 29 avro (bir tərəfə) təşkil edirdi.

 

Вся лента