Azərbaycanda daha bir bank rebrendinq edir – Proses apreldə bitəcək

16:38 - 25.11.2019


25 noyabr, Fineko/abc.az. Azərbaycanda daha bir bank rebrendinq edib.

"Nikoil Bank-dan ABC.AZ-a verilən məlumata görə, artıq bu prossesə başlanılıb.

Yeniliyə əsasən, bankın adı dəyişəcək, müştərilərə göstəriləcək xidmət səviyyəsi daha da yaxşılaşacaq və bankın yeni filialları açılacaq. Bankın yeni şuarı - “Parlaq Bankçılıq”-ın mənası bankın bütün fəaliyyət növlərində, eyni zamanda, bank xidmətlərində yeni bir yanaşmadır.

Bankın yeni adı Yelo - ingilis sözü Yellow-nun (sarı) stilizə olunmuş təsfiridir. Yeni ad göstərilən bank xidmətlərinin fərqli bir yanaşmasını, rəngarəngliyini, rahatlığını simvollaşdırır və Parlaq Bankçılıq şuarı altında həyata keçirir. Sarı rəng həmçinin bankın yeni korporativ stilinin rəmzidir. Yeni "Yelo Bank" daha da parlaq, çevik, sürətli, rahat anlaşılan, etibarlı və ən əsası da dostсasına rəftar edən bank olacaq. Bankın yeni baxışı Azərbaycan sakinlərinin bank təcrübəsini yeniləyərək onların daha böyük nailiyyətlər əldə etmələrinə köməklik göstərməyi nəzərdə tutur.

Yeni ada və korporativ stilə keçid tədricən baş tutacaq və gələn ilin aprel ayında tamamlanmağı nəzərdə tutulur. İlkin mərhələdə yeni loqotip rəsmi sənədlərdə və fərdi ünsiyyət elementlərində əks olunacaq. Reklam kommunikasiyalarında köhnə bank loqotipi bir müddət istifadə ediləcək. Bundan sonrakı aylarda filialların, bankomatların, web-səhifələrin, reklam materialların dizaynı tamamilə yenilənəcək və "Yelo Bank" ilə əvəzlənəcək.

Müəllif: Elmir Murad

 

 

Вся лента