Gələn il bu quruma 3 milyard manatdan çox vəsait daxil olacaq - Proqnoz

10:38 - 27.11.2019


27 noyabr, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) açıqladığı 2020-ci il üçün büdcəsinin gəlir və xərclərini açıqlayıb.

ABC.AZ xəbər verir ki, Fondun gəlirləri gələn il 4 milyard 825,51 milyon manat proqnozlaşdırılır.

Bu, 2019-ci ilin dürüstləşmiş proqnozuna nisbətən 697,41 milyon manat və ya 16,89 faiz çoxdur. DSMF-nin 2020-ci il üçün gəlirlərinin 70,31 faizinin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların hesabına təmin edilməsi gözlənilir. Sığorta haqları hesabına fonda 3 milyard 392,60 milyon manat vəsaitin daxil olması proqnozlaşdırılıb. Bu isə 2019-cu ilin dürüstləşmiş proqnoz məbləği ilə müqayisədə 22,50 faiz və ya 623,23 milyon manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 1 milyard 238,7 milyon manatının büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödəniləcəyi gözlənilir.

Müəllif: Elmir Murad

 

 

Вся лента