Büdcədən DSMF-yə 1 milyard manatdan çox transfert olacaq – 2020-ci il

11:23 - 27.11.2019


27 noyabr, Fineko/abc.az. Bildiyiniz kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2020-ci il üçün büdcəsinin gəlir və xərclərini açıqlayıb.

ABC.AZ xəbər verir ki, bunlarla yanaşı, 2020-ci ildə dövlət büdcəsindən DSMF-yə 1 milyard 426,91 milyon manat həcmində transfert edilməsi nəzərdə tutulub. Bu, 2019-cu ilin təsdiq olunmuş dürüstləşmiş proqnozundan 74,18 milyon manat və ya 5,48 faiz çoxdur. Bu göstərici maliyyələşmə qaydası "Əmək pensiyaları haqqında" Qanunun 6.2-ci maddəsinə uyğun olaraq müəyyən edilən pensiya xərclərinin dövlət öhdəliklərinə aid hissəsinin ümumi məbləği dəqiqləşdirilənə qədər fondun büdcəsinin balanslaşdırılması məqsədilə ayrılan vəsait kimi qiymətləndirilir.

Onu da qeyd edək ki, gələn il fondun xərclərinin 2019-cu ilə nisbətən 16,9 faiz və ya 697,4 milyon manat artması gözlənilir. Buna baxmayaraq dövlət büdcəsindən transfertin məbləği cəmi 5,48 faiz artıq olacaq. Xərclərin digər hissəsi DSMF-nin öz vəsaitləri hesabına ödəniləcək.

Fondun digər gəlirlər üzrə daxilolmaları isə 6 milyon manat məbləğində proqnozlaşdırılıb.

Müəllif: Elmir Murad

 

Вся лента