Sığorta haqlarında yığımı azalan şirkətlər - Siyahı

10:41 - 28.11.2019


28 noyabr, Fineko/abc.az. Maliyyə Bazarlarına Nəzarət Palatası 2019-cu ilin yanvar-oktyabr ayları üçün sığora bazarının göstəricilərini açıqlayıb.

ABC.AZ Palatanın hesabatına istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-oktyabr dövrü ilə müqayisədə 2019-cu ilin analoji dövründə 12 sığorta şirkətinin topladığı sığorta haqları azalıb. Azərbaycanda fəaliyyət göstərən 22 şirkətdən 9-unun isə sığorta haqları artıb.

Topladığı sığorta haqları azalan şirkətlər: “Amrah Sığorta”, “AtaSığorta”, “Atəşgah Həyat”, “Atəşgah”, “AXA MBASK”, “Azərbaycan Sənaye Sığorta”, “Azsığorta”, “Günay Sığorta”, “Meqa Sığorta”, “PAŞA Həyat Sığorta”, “Qala Həyat” və Standard Insurance”.

Qeyd edək ki, həyat sığortası şirkətlərinin topladıqları sığorta haqlarının azalması qanunvericiliyə edilmiş dəyişikliklərin  2019-cu ilin Yanvarından qüvvəyə minməsi ilə bağlıdır.

Müəllif: Elmir Murad

 

Вся лента