"Bank Respublika" səhmdarlarını biraraya gətiririr – Nələr müzakirə olunacaq?

10:22 - 5.12.2019


5 dekabr, Fineko/abc.az. "Bank Respublika" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Bankdan ABC.AZ-a verilən məlumata görə, yığıncaq 7 yanvar 2020-ci il saat 11:00-da Xəqani küçəsi, 21 ünvanında yerləşən bankın baş ofisində baş tutacaq.

İclasda "Bank Respublika"nın Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi, ilin maliyyə nəticələri, Mükafatlandırma siyasətinin təsdiqi və mükafatların ödənilməsi, bankın səhmdarlarının Ümumi Yığıncağının Əsasnaməsinin təsdiq edilməsi, Müşahidə Şurasının Əsasnaməsinin təsdiq edilməsi haqqında məsələlər müzakirə olunacaq.

Müəllif: Elmir Murad

 

Вся лента