Tanınmış bankın departament rəhbəri deputat olmaq istəyir

15:33 - 25.12.2019


25 dekabr, Fineko/abc.az.  AtaBank-ın Biznesin İnkişafı departamentinin direktoru Oruc İbrahimov Azərbaycan Respublikası Milli Məclisinin deputatlığına namizədliyinin irəli sürülməsi prosesinə başlayıb.

O, uzun müddət “AtaBank” ASC-də müxtəlif vəzifələrdə çalışdıqdan sonra 2018-ci ildə bankın Biznesin İnkişafı departamentinin direktoru vəzifəsinə irəli çəkilib.

Məlumat üçün bildirək ki, O.İbrahimov 1986-cı ildə Bakı şəhərində anadan olub.        Ali təhsillidir. Marketinq və satış kimi sahələr üzrə müxtəlif beynəlxalq dərəcəli sertifikatlara sahibdir.

Вся лента