Dövlət Sosial Müdafiə Fondunun gəlirləri artacaq – Nazir

14:43 - 16.01.2020


16 Yanvar, Fineko/abc.az. 2020-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərinin 4 milyard 825,5 milyon manat təşkil edəcəyi nəzərdə tutulur.

ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ilin yekunlarına dair mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, DSMF-nin gəlirləri ötən il 4 milyard 128,1 milyon manat olub. Naizr artımın bu il fonda dövlət büdcəsindən transferlərin 29,6 faiz olacağı ilə əlaqələndirib: “Keçən il bu rəqəm 32,8 fazi olub. DSMF-yə yığılan vəsaitlər pensiya və məcburi ödənişlərin ödənilməsi üçün kifayət etmir. Buna görə də, dövlət tərəfindən subsidiya ayrılır. Bizi fonda yığılan vəsaitin həcminin hansı hissəsinin vətəndaşlar tərəfindən və hansı hissəsinin dövlət tərəfindən subsidiya kimi verilməsi maraqlandırır. İllər üzrə yığım artır və subsidiya fondundan asılılıq azalır. Son 5 ildə 10 faizədək xüsusi şəkildə azalma olub".

Müəllif: Elmir Murad

 

Вся лента