İşsizlikdən sığorta üzrə daxilolmalar artıb – Mikayıl Cabbarov

12:04 - 17.01.2020


17 Yanvar, Fineko/abc.az. Əmək münasibətləri sahəsində həyata keçirilən islahatlar məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta üzrə daxilolmalara müsbət təsir edib.

ABC.AZ xəbər verir ki, bunu yanvarın 16-da keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, 2019-cu ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 26 faiz artaraq 2.931,3 mln. manata, işsizlikdən sığorta üzrə daxilolmalar isə 39,1 faiz artaraq 105 mln. manata çatıb: “Daxilolmaların artımı pensiya sisteminin maliyyə dayanıqlığını gücləndirib və büdcədən transfertin DSMF-nin gəlirlərində payının 2017-cı ildəki 38,1 faizdən 2020-ci ildə 29,6 faizədək enməsi gözlənilir. 2020-ci il yanvarın 1-nə cəmi aktiv vergi ödəyicilərinin sayı 12,3 faiz artaraq 496 mindən, o cümlədən aktiv ƏDV ödəyicilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,5 faiz artaraq 24,8 mindən çox olub”.

Müəllif: Elmir Murad

 

Вся лента