Sahibkarların işinə kommersiya və inzibati məhkəmələrdə baxılacaq – Yenilik

11:08 - 27.01.2020


27 yanvar, Fineko/abc.az. Yanvarın 1-dən etibarən inzibati-iqtisadi məhkəmələr ləğv edilib və onların yerində ümumilikdə 12 yeni məhkəmə fəaliyyətə başlayıb.

ABC.AZ xəbər verir ki, yeni yaradılmış məhkəmələrin 6-sı kommersiya, 6-sı inzibati məhkəmədir. Yeni məhkəmələr regional prinsiplərlə, yəni ölkənin bütün şəhər və rayonlarında deyil – Bakı, Gəncə, Şəki, Şirvan, Sumqayıt, Naxçıvan şəhərlərində fəaliyyət göstərəcək.

Qeyd edək ki, indiyədək sahibkarlarla bağlı bütün mübahisələrə inzibati iqtisadi məhkəmələrdə baxılırdı. İndi isə sahibkarların öz aralarında olan mübahisələrə kommersiya məhkəmələrində, onların dövlət qurumları, o cümlədən, vergi, gömrük və DSMF ilə bağlı mübahisələrinə isə inzibati məhkəmələrdə baxılacaq.

Müəllif: Elmir Murad

 

Вся лента