Dan Brouillette: OPEC ölkələri neftin qiymətinə təsir etmək qabiliyyətini itirir

10:30 - 12.02.2020


12 fevral, Fineko/abc.az. OPEC ölkələri neftin qiymətinə təsir etmək qabiliyyətini itirir.

Xarici KİV-lərə istinadla xəbər verilir ki, bu barədə ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə katibinin müavini Dan Brouillette deyib.

Koronavirusun yayılması fonunda OPEC ölkələrinin neft hasilatını azaltmaqla bağlı qərarını şərh edən Dan Brouillette bildirib: “OPEC nə qərar verərsə, bu, onlar üçün yaxşı olar. Onların bu səylərini müsbət qiymətləndiririk”.

OPEC-in neft istehsalını daha çox azaltmaq ehtimalından narahat olmadığını deyən D.Brouillette son illərdə kartelin qiymətə təsir etmək qabiliyyətinin azaldığını diqqətə çatdırıb.

© Azertag.az

 

Вся лента