Azərbaycan Dəmir Yolları Avropa şirkəti ilə əməkdaşlığa başlayır – Görüş olub

10:33 - 17.02.2020


17 fevral, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi - “ADY Konteyner” MMC-i Macarıstan şirkəti ilə əməkdaşlığa başlayır.

Bu barədə ABC.AZ-a “ADY Konteyner” şirkətindən bildirilib.

Belə ki, şirkətin nümayəndəsi Rəşad Məcidov “Rail Cargo Macarıstan” şirkətinin direktoru Marta Gabor və həmin şirkətin Cənub-Şərqi Avropa üzrə təmsilçisi Daniel Dejo ilə görüşüb. Dialoq zamanı Mərkəzi və Şərqi Avropa ilə Azərbaycan və Mərkəzi Asiya arasında konteynerlə yükdaşımaların birgə təşkil olunması məsələləri müzakirə olunub.

Görüşdə tərəflər potensial yük bazasının müəyyən olunması, yüklər haqqında statistik məlumatlatın toplanaraq mübadilə edilməsi, tərəfdaşlığın hüquqi bazasının yaradılması istiqamətində birgə tədbirləri müzakirə ediblər.

Müəllif: Elmir Murad

 

Вся лента