Azər Türk Bank kredit faizlərini aşağı salacaq? – Rauf Ağayev cavablandırıb

14:12 - 19.02.2020


19 fevral, Fineko/abc.az. Azərbaycanda bankların verdiyi kreditlərin faizlərinin yüksək olması daim cəmiyyətdə narahatlıq yaradan amillərdən olub.

Hətta bu bir çox dövlət rəsmilərinin dilindən də etiraf olunub. Sonuncu dəfə isə Azərbaycanda bankların verdiyi kreditlərin faizlərinin çox olması fikri Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovla sahibkarların görüşündə səsləndirilib.

Bu səbəbdən əvvəlcə ölkənin aparıcı banklarından olan Azər Türk Banka müraciət edərək qarşıdakı zamanlarda kredit faizlərinin endirilməsi məsələsinin planlarında olub-olmadığını soruşduq.

Azər Türk Bank-ın mətbuat katibi Rauf Ağayev ABC.AZ-a cavabında bildirdi ki, təmsil etdiyi Bank ölkədə korporativ müştərilərə ən əlverişli şərtlərlə kredit verən maliyyə-kredit təşkilatlarındandır.

R.Ağayev qeyd edib ki, Bank bu tendensiyanın davam etdirəcək.

Müəllif: Elmir Murad

 

Вся лента