Bu aparatlardan ani ödənişlər etmək olacaq – Bank sektorunda yenilik

16:52 - 21.02.2020


21 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi iyun ayında Mərkəzi Bank “Ani ödənişlər sisteminin ilkin mərhələsini istismara verəcək.

ABC.AZ Mərkəzi Bank istinadən xəbər verir ki, Bankın “Ani ödənişlər sistemi” bölməsinin və layihəsinin rəhbəri Emil Abbasov deyib ki, sistemə inteqrasiya ediləcək təşkilar kart infrastrukturunun ekvarinq şəbəkəsi və nəzarət-kassa aparatlarının operatorları olacaq.

Onun sözlərinə görə, bu inteqrasiyalar nəticəsində ATM-dən, POS-terminallardan, kassa aparatlarından ani ödənişləri həyata keçirmək mümkün olacaq: “Layihənin gedişatı zamanı Azərbaycanda milli ödəniş infrastrukturunda istifadə olunmaq üçün QR kod standartları hazırlanıb. Bu standartlardan həm ani ödənişlər sistemində, həm də ani ödənişlərdən kənar əməliyyatlarda istifadə etmək mümkündür. Digər mühüm funksionallıqlardan biri də “Açıq bankçılıq”dır. “Açıq bankçılıq” vasitəsilə müştərilərin icazələri çərçivəsində üçüncü tərəflərin elektron bankinqindən ödənişlərin həyata keçirilməsi, hesab üzrə məlumatların əldə edilməsi mümkündür”.

Qeyd edək ki, “Ani ödənişlər sistemi” hazırda 50 ölkədə tətbiq olunur, 10 ölkədə isə tətbiqi üzrə işlərə başlanılıb.

Daha ətraflı məlumat: https://youtu.be/PmJ6v1pfHbM

Müəllif: Elmir Murad

 

 

Вся лента