14:50 - 24.02.2020
24 fevral, Fineko/abc.az. Koronavirusun yayılmasının və müxtəlif geosiyasi amillərin mənfi təsiri nəticəsində dünya bazarlarında qızılın qiymətlərinin artımı "AzerGold” QSC-yə əlavə mənfəət gətirəcək.
ABC.AZ xəbər verir ki, bunu QSC-in sədri Zakir İbrahimov 2019-cu ilin yekunları və qarşıda duran vəzifələrə dair mətbuat konfransında bildirib.
Sədr bildirib ki, hazırda koronavirus epidemiyasının yayılması və müxtəlif geosiyasi proseslər qızıla olan qiymətlərin artımına gətirib çıxarıb.
Z.İbrahimov deyib ki, bu il üçün olan büdcənin formalaşdırılması zamanı müxtəlif qiymət ssenarisi nəzərdə tutulub. “Buna baxmayaraq, hazırda dünya bazarlarında qızıla olan qiymətlər QSC tərəfindən nəzərdə tutulan qiymətlərdən artıqdır, bu isə QSC üçün əlavə mənfəət yarada bilər" deyə sədr əlavə edib.
29 Март 2024
29 Март 2024
29 Март 2024
29 Март 2024
29 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
28 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024
27 Март 2024