Yevgeni Kirin: Tələbli depozitlər 6 faiz artıb

11:40 - 4.03.2020


4 mart, Fineko/abc.az. 2019-cu ildə fiziki şəxslərin VTB Azərbaycanda sağlam kredit portfeli 1,8 faiz artıb. 

ABC.AZ xəbər verir ki, bu Bank VTB Azərbaycanın 2019-cu il fəaliyyətinə həsr olunmuş mətbuat konfransında bildirilib.

Mətbuat konfransında qeyd edilib ki, bu artıma ipoteka və nağd kredit, eləcə də kredit kartlarının verilməsi hesabına nail olunub. Sözügedən dövrdə hüquqi şəxslərin sağlam kredit portfeli isə 2,9 dəfə artdığı bildirilib.

Qeyd olunub ki, hesabat dövründə bankın depozit portfeli 70,1 milyon manat təşkil edib. Bunlardan 35,1 milyon manatı fiziki şəxslərin, 35 milyon manatı isə hüquqi şəxslərin payına düşür. İl ərzində tələbli depozitlər 6 faiz artıb və müştəri vəsaitlərinin ümumi həcminin 49 faizini təşkil edib. 2019-cu ildə  emissiya edilmiş bank kartlarının sayı 2018-ci illə müqayisədə 45 faiz artaraq 4700 ədədi keçib. 2018-ci illə müqayisədə internet-bank istifadəçilərinin sayı 86 faiz artıb.

Müəllif: Elmir Murad

 

Вся лента