"Buta Airways" sərnişinləri istənilən çəkidə əşya götürə biləcək - Yeni qaydalar

11:14 - 12.03.2020


12 mart, Fineko/abc.az. "Buta Airways" aviaşirkəti əl yükünün daşınması qaydalarında dəyişiklik edir.

ABC.AZ xəbər verir ki, aviadaşımalara dair yeni qaydalara əsasən hər sərnişin hava gəmisinin göyərtəsinə əlavə ödənişsiz əşya qismində üç ölçünün cəmi üzrə ölçüləri 75 santimetrdən (30x35x10sm) artıq olmamaq şərtilə, istənilən tipdə (idman çantası, bel çantası və s.) əl yükü götürə bilər.

Əl yükünün çəkisi ilə bağlı məhdudiyyətlər nəzərdə tutulmayıb.

Əl yükünün yeni qaydalara uyğunluğunu yoxlamaq üçün bütün uçuş hava limanlarında “Buta Airways” aviaşirkətinin qeydiyyat masalarının yanında  xüsusi “trafaret” – baqajın ölçülərini yoxlamaq üçün metal konstruksiya quraşdırılıb.

Qeyd edək ki, əvvəllər əlavə ödənişsiz əl yükü kimi yalnız qadın əl çantası və ya kişi portfeli qəbul olunurdu.

Müəllif: Elmir Murad

 

Вся лента