330x110
 

BNA skamyalarda oturmağı qadağan etdi

29.03.2020,16:15


 29 mart, Fineko/abc.az. Xüsusi karantin rejiminin tətbiq edilməsinə baxmayaraq, hələ də bəzi vətəndaşlar özünütəcrid tədbirlərinə adekvat davranmırlar.

ABC.AZ xəbər verir ki, bu sözlər Bakı Nəqliyyat Agentliyinin (BNA) yaydığı məlumatda qeyd olunub. 

Belə ki, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində perrondan kənar ərazidə insanlar müəyyən qrup halında toplaşır ki, bu da mövcud epidemik vəziyyətdə yoluxma riskini artırır.

Agentlik bu səbəbdən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində perrondan kənar skamyalar və digər oturacaq yerlərindən istifadəyə qadağa qoyub.

 

Müəllif: Elmir Murad