“Pegasus” ölkədaxili aviareysləri bir aylıq dayandırıb

16:44 - 29.03.2020


29 mart, Fineko/abc.az. Türkiyənin “Pegasus” aviaşirkəti aprelin 30-dək ölkə daxilində bütün uçuşları ləğv edib.

Bu barədə şirkət saytında məlumat yayıb.

Xəbər verilir ki, bu qərar yeni tip koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə qəbul olunub.

 Şirkət satılmış biletlərin geri qaytarılması və dəyişdirilməsi ilə bağlı müştərilərə güzəştli təkliflər edib.

 

© Azertag.az

Вся лента