330x110
 

Azərbaycanda daha 27 nəfər koronavirus infeksiyasına yoluxub

29.03.2020,17:35


29 mart, Fineko/abc.az. Ölkədə 27 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. 

ABC.AZ Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən xəbər verir ki, həmin şəxslərdən 8 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir,  digərlərinin səhhəti isə  stabildir.

Qeyd olunur ki, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 190 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.
İnfeksiyanın geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq və xüsusi karantin rejiminə ciddi riayət etmək tələb olunur.